Azov (alay)

"Azov" xüsusi təyinatlılar dəstəsi (ukr. Окремий загін спеціального призначення «Азов») — Ukrayna Milli Qvardiyasının Şərq Əməliyyat-Ərazi Birliyinin 3057 saylı hərbi hissəsinin tərkibində olan bölmə. Bölmə 2014-cü ilin may ayında Mariupolda könüllülərdən, ilkin olaraq Ukrayna Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Patrul Xidmətinin batalyonu kimi yaradılıb. 2014-cü ilin sentyabrında alaya çevrilib. 2014-cü ilin noyabrında Ukrayna Milli Qvardiyasının tərkibinə daxil olub. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra alay Mariupolun mühasirəsi zamanı şəhərin müdafiəsindəki roluna görə yenidən diqqət çəkdi.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search